Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən 31 mart tarixində saat 10:00-da Biləsuvar şəhəri Heydər Əliyev Mərkəzində (Mübariz İbrahimov küçəsi 213) vətəndaşların qəbulu keçiriləcək. Qəbulda əsasən Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.

Vətəndaşlar 27 mart tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493 30 02 telefon nömrəsi vasitəsilə və  “WhatsApp” xidmətinə  (0777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.