Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün maraqlı və əyləncəli proqram hazırlayır.
Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov bildirib ki, uşaqlar əvvəlcə Novruzun personajları olan Kosa və Keçəlin sərgüzəştlərinə, Bahar qızının rəqsinə tamaşa edəcək, əylənəcəklər. Sonra onlar Osman Abdullayevin “Sehrli torba” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya baxacaqlar. Novruz şənliyi kompozisiyasının quruluşçu rejissoru Rahib Məmmədov, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Teatrın yaradıcı kollektivi eyni zamanda 2023-cü ilin repertuar planına daxil edilən O.Abdullayevin “Tülkü və quyruq” əsərinin səhnələşdirilməsi üçün də hazırlıq işlərinə başlayıb.