Füzuli Dövlət Dram Teatrında 2023-cü ilin repertuar planı üzrə səhnələşdirilən Xaqani Əliyevin “Molla Nəsrəddin” tamaşasına ictimai baxış olub.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edən tamaşada şən musiqilər, rəqslər, maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.

Rolları Sehran Xanlarov, Asif Şirinov, İntizar Quliyeva, Şəlalə Nəsirova, Qaçaq Qarayev, Əli Hüseynov, Elçin Məmmədov, Emin Abışov, Vüqar Babayev, Vüsal Həsənov və başqaları ifa edib.