Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı xanəndə Könül Məmmədlinin Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konserti təşkil olunub.

Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) Əməkdar artist, dirijor İlahə Hüseynovanın rəhbərliyi ilə çıxış edib.

Konsertdə Musa Mirzəyevin “Azərbaycan rəqsi”, Firəngiz Babayevanın “Töhfə”, Nazim Quliyevin “Heyf”, Oqtay Kazıminin “Məhəbbət”, “İnanmaram”, Hacı Xanməmmədovun “Aldatmayaq bir-birimizi”, Cahangir Cahangirovun “Füzuli kantatası”ndan fraqment, Vasif Adıgözəlovun “Bayram süitası”, Ramiz Mirişlinin “Bir xumar baxışla”, Kamalın “Xalq Heydər söyləyəcək” və digər bəstəkarların əsərləri ilə yanaşı, xalq mahnıları da səsləndirilib.