6-9 mart tarixlərində Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) fəaliyyət göstərən laboratoriyaların “Baxış – 3” festivalı keçirilir.

ATXİ-dən bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd 4 ay ərzində laboratoriyada məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

“Baxış – 3” festivalında “Rejissor”, “Aktyor” və “Eksperimental teatr” laboratoriyalarının işləri təqdim olunacaq. Dörd gün davam edəcək festival çərçivəsində 8 tamaşa nümayiş olunacaq. Tamaşalar ATXİ-nin böyük və kiçik səhnələrində göstəriləcək.