Füzuli Dövlət Dram Teatrı Novruz bayramına həsr olunmuş "Bahar çələngi” adlı şou-proqram hazırlayıb.

Kollektiv "Bahar çələngi”ni ilk olaraq Horadiz şəhər 1 və 2 saylı tam orta məktəbin şagirdləri qarşısında təqdim edib.

Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Şəlalə Kərimovanın ssenarisi əsasında hazırlanan səhnə əsərinin quruluş müəllifi teatrın baş rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

Füzuli teatrı bu proqramla Novruz bayramı ilə bağlı istirahət günlərində rayonun yaşayış məntəqələrində, orta məktəblərdə, idarə və müəssisələrdə, eləcə də rayon ərazisindəki hərbi hissələrdə çıxış edəcək.