Aprelin 8-11-də Bakı İdman Sarayında II Uşaq Kitab Festivalı keçiriləcək. Festival “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Dörd gün davam edəcək festivalda kitablara endirimlər olacaq. Həmçinin tədbir çərçivəsində təqdimatlar, imza mərasimləri, ustad dərsləri, nağıl saatı, əyləncəli tamaşalar və s. nəzərdə tutulur.

Saat 10:00-dan 19:00-a qədər açıq olacaq festival məkanına giriş pulsuzdur.

Qeyd edək ki, festivalın ideyası “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İB-yə məxsusdur.

Nurəddin