Aprelin 6-da YARAT Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Keçmiş nəsillərdən qalan izlər” adlı sərgi açılacaq.

“Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi milli kimliyimizlə birbaşa əlaqəli olan Novruz bayramının fəlsəfəsinə işıq salır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv yaşamı göstərməyə cəhd edir.

Qeyd edək ki, sərgidə YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin əl işləri nümayiş olunacaq.

Sərgi 10 gün davam edəcək.