Ordumuzun 2020-ci ilin Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda yaradılacaq Zəfər Muzeyinin fondunun komplektləşdirilməsi ilə əlaqədar işlər davam edir.

Xatırladaq ki, şəhidlərimizə məxsus şəxsi əşyalar, sənədlər, fotolar, videoyazılar və s. materiallar yaradılacaq Zəfər Muzeyində nümayiş etdirilməsi üçün Azərbaycan İstiqlal Muzeyində toplanılır.

Bununla bağlı Lənkəran şəhər Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş keçirilib.

Azərbaycan İstiqlal Muzeyinin elmi fond işləri üzrə direktor müavini Aida Axundova bu istiqamətində görülən işlərdən bəhs edib, şəhid ailələrinin fikirlərini dinləyib.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayından Zəfər Muzeyinin fondları üçün 8000-dən çox eksponat toplanılıb.