Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən ötən ilin noyabr ayından təşkil olunan Abonement konsertləri bu ilin mart ayında da davam etdirilib.

Konsertlər hər həftənin şənbə günləri filarmoniyanın Kamera və orqan musiqisi salında keçirilib.

Qeyd edək ki, proqram çərçivəsində Azərbaycan Dövlət Fortepiano Triosunun “Klassik musiqidə bahar”, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı xor qrupunun “Yurduma bahar gəlir” adlı konsert proqramları və “Cadenza” orkestrinin ifasında maraqlı musiqi nömrələri tamaşaçılara təqdim olunub. Konsertlər musiqisevərlər tərəfindən maraqla qarşılanıb.