Almaniyanın "Zitate berühmter Personen" mədəniyyət portalında Azərbaycanda elan olunmuş "Heydər Əliyev İli"nə töhfə olaraq böyük dövlət xadiminin müdrik kəlamları dərc edilib.

Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumatla təqdim olunan kəlamların alman dilinə tərcümə müəllifləri – almaniyalı ədəbiyyatşünas Martin Svoboda və Dövlət Tərcümə Mərkəzinin alman dili mütəxəssisi Məryəm Səmədovadır.

Qeyd edək ki, almandilli ölkələrin geniş oxucu auditoriyası tərəfindən izlənilən "Zitate berühmter Personen" portalı mütəmadi olaraq səhifələrində dünya şöhrətli siyasətçi, filosof, yazıçı və şairlər haqqında məlumatlara və onların aforizmlərinə yer ayırır.