Türkiyənin daha iki mədəni irs nümunəsi UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahılarına daxil edilmək üçün nominant seçilib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ənənəvi türk musiqi aləti olan tulumun hazırlanması və onda ifa edilməsi sənətinin Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, “Altıneller” (“Qızıl əllər”) festivalının isə Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına namizəddir.

Hazırda Türkiyə UNESCO-nun siyahılarına salınmış qeyri-maddi mədəni irs elementi sayına görə (25) dünyada üçüncü yeri tutur. Bu siyahıda birinci yerdə Çin Xalq Respublikası (43 element), ikinci sırada Fransadır (26 element). Keçən il Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi daha 5 elementin UNESCO siyahılarına daxil olunmasını təklif edib. Əgər planlar həyata keçirilərsə, bu il Türkiyə reytinqdə ikinci yerə çıxa bilər.