Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən 2023-cü il 28 aprel tarixində saat 10:00-da Qobustan rayonu Heydər Əliyev Mərkəzində (Qobustan şəhəri, Elyar Vəliyev küçəsi 162) vətəndaşların qəbulu keçiriləcək. Qəbulda əsasən Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.

Vətəndaşlar 19 aprel 2023-cü il tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və “Whatsapp” xidmətinə (077 714 71 47) müraciət etməklə qəbula yazıla bilərlər.