Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Heydər Əliyev İli” çərçivəsində "Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100" adlı həyata keçirir. Kitabxanadan bildirilib ki, layihə üzrə silsilə materiallar hazırlanır.

Növbəti material “Dünyanın görkəmli siyasi xadimləri Ümummilli lider Heydər Əliyev haqqında” adlı videoçarxdır. Videoçarxın birinci hissəsi Avropa və Asiya ölkələrinin dövlət başçılarının, görkəmli siyasi xadimlərin Heydər Əliyev haqqında söylədikləri fikirlərdən, müxtəlif görüşlər, beynəlxalq tədbirlər zamanı səsləndirilən çıxışlardan ibarətdir. Videomaterialın növbəti bölümlərində siyasi, ictimai, mədəni sahələrdə fəaliyyət göstərən görkəmli şəxslərin fikirlərindən, xatirələrindən, Heydər Əliyevlə görüşlər zamanı tarixə həkk olunan hadisələr əhatə olunacaq.

Bundan əlavə, Respublika Gənclər Kitabxanasının saytında “Heydər Əliyev - 100” adlı bölmə yaradılıb. Burada ölkədə dövrü mətbuatda Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanı qazanırlar. Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq məqalələrin sayının da simvolik olaraq 100 olması nəzərdə tutulur.

Heydər Əliyev 100 illiyi ilə bağlı materiallar kitabxananın saytında yerləşdirilib.

Linklər:
https://ryl.az/multimedia/heyder-eliyev-xatirelerde

https://ryl.az/activity/ulu_onder