Aprelin 8-də Bakı İdman Sarayında 2-ci Uşaq Kitab Festivalı işə başlayıb.

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan festival “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.

Festival çərçivəsində kitabların endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları təşkil ediləcək. Kitabsevərlər uşaq yazarları ilə görüşərək onların imzalı kitablarını əldə edə biləcəklər.

2-ci Uşaq Kitab Festivalı aprelin 11-dək davam edəcək.