M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

Konsertdə orkestr gənc dirijor Murtuza Bülbülün idarəçiliyi ilə çıxış edib.

Proqramda Lüdviq Van Bethovenin “Eqmont” uvertürası, Edvard Qriqin “Per Günt” süitası (No. 1), Ferens Listin “Prelüdlər” simfonik poeması, Modest Musorqskinin “Keçəl dağda gecə” simfonik lövhəsi (işləyəni Nikolay Rimski-Korsakov), Pyotr İliç Çaykovskinin “Qu gölu” baletindən süita səslənib.
Konsert klassik musiqini sevənlər tərəfindən alqışlarla qarşılanıb.