Bu il Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, dünya şöhrətli müğənni Rəşid Behbudovun atası Məcid Behbudovun (1873-1945) anadan olmasının 150 illik yubileyidir.

Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində xanəndənin yubileyinə həsr olunmuş tədbir keçiriləcək. 

Tədbirdə xanəndənin ailəsinin təqdim etdiyi qrammofon valları əsasında  repertuarına müraciət olunacaq və gənc xanəndələrin ifasında Məcid Behbudovun vaxtilə ifa etdiyi xalq mahnıları və muğamlar səslənəcək. 

Məcid Behbudalı oğlu Behbudov 18 aprel 1873-cü ildə muğam-sənət beşiyimiz Şuşa şəhərində dünyaya göz açıb. Uşaqlıqdan məlahətli səsi ilə seçilən Məcid Behbudov gənc yaşlarından xanəndəliyə başlayıb. O, ilk vaxtlar xüsusi məclislərdə, sonralar isə toy şənliklərində iştirak edib, professional xanəndə və opera müğənnisi kimi şöhrət qazanıb. 

Dahi bəstəkar Üzeyir Hacıbəyli dünya şöhrətli "Arşın mal alan" operettasının qəhrəmanı tacir Əsgərlə məhz Məcid Behbudovun obrazını yaradıb.

Lalə