Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində 173 nömrəli tam orta məktəbdə keçirdiyi “Əbədiyaşar Ulu öndər” adlı inşa müsabiqəsinə yekun vurulub.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, Heydər Əliyevin ölkə həyatının digər sahələri kimi mədəniyyətin də inkişafını diqqətdə saxlayıb, o cümlədən kitabxana sahəsinə qayğı göstərib.

Sonra müsahibə haqqında məlumat verilib, nəticələr elan edilib.

Nailə Mustafayeva I, Məryəm Nəsibli II, Zərifə Məmmədova isə III yerlərə layiq görülüblər. Qaliblər fəxri fərmanla, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunublar.