Aprelin 8-də dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikassonun (1881–1973) vəfatının 50-ci ildönümü oldu. Pikassonun ölümündən yarım əsr sonra da onun əsərlərinə böyük dəyər verilir və sağlığında olduğu kimi ən populyar rəssamlardan biridir.

“Frans-Press” agentliyinin hesablamalarına görə, ispan rəssamın 5 əsəri hər biri 100 milyon dollardan yuxarı olmaqla satılıb. Rəssamın hərraclarda 50 milyon dollardan çox qiymət qoyulan əsərinin sayı 16,3 milyon dollardan yuxarı satılan əsərinin sayı isə 39-dur.

Pikassonun ən iri hərrac nailiyyəti 1955-ci ildə çəkilmiş “Əlcəzairli qadınlar” (“O” seriyası) adlı rəsm olub. Son 20 il ərzində Pikassonun digər iki əsəri – “Qəlyanlı oğlan” və “Çılpaq qadın, yaşıl yarpaqlar və büst” rəsmləri bir rəssamın hərracda satılan incəsənət əsərlərinin sayına görə rekord qazanıb.

Qeyd edək ki, kubizmin banisi sayılan Pablo Pikasso həmçinin heykəltəraş, qrafik, dizayner, keramikaçı-rəssam və teatr tərtibatçısı kimi tanınıb.