Yaxın on ildə Ukraynada tarixi irs və mədəniyyət obyektlərinin bərpası üçün təxminən 10 milyard dollara ehtiyac olacaq.

Bunu UNESCO-nun baş direktoru Odri Azule bu ölkəyə səfərindən sonra deyib. Səfər çərçivəsində o, mədəni obyektlərə, o cümlədən dağılmış və ya zədələnmiş tikililərə baş çəkib.

UNESCO-nun təsdiqlədiyi məlumatlara görə, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynada hərbi əməliyyata başladığı vaxtdan indiyədək bu ölkədə 107 dini obyekt, 21 muzey, 89 tarixi-bədii obyekt, 19 abidə, 12 kitabxana zərər görüb.