“1 Səhnə” prodüser mərkəzinin nəzdində yaradılan “Səhnə” teatrı yeni tamaşasını təqdim edib. Gənc kollektiv aprelin 8-də və 9-da Xalq yazıçısı Rüstəm İbrahimbəyovun “Şirəbənzər“ əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış edib.

İndiyədək Azərbaycanda və ölkəmizdən kənarda dəfələrlə səhnələşdirilmiş bu pyes ilk dəfə “ev teatrı” üslubunda hazırlanıb. Tamaşanın prodüseri Elçin Hacı, quruluşçu rejissoru Elvin Mirzəyev, bəstəkarı Vüqar Məmmədzadə, səs operatoru Nicat Cəbrayılovdur.

Əsər içində yaşadığı cəmiyyətin standart birgəyaşayış qaydalarının buxovladığı Rəna ilə Muradın sevgisindən, bir-birinə qovuşmağa necə cəhd etmələri barədədir.

Tamaşada teatrın gənc aktyorları Mirzə Səfərov, Nazlı Quliyeva, Kənan Balakişiyev, Rəhimə Abdinova, Məleykə Cəfərova, Elçin Əmirov, Rəvan Hüseynzadə və Elvin Abbasov iştirak edirlər.