Türkiyənin “Ulusal” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti bölümü Azərbaycan qədim çalğı aləti kamançaya həsr olunub. ABŞ-da yaşayan və mədəniyyətimizi təbliğ edən soydaşımiz, məşhur kamança ifaçısı İmamyar Həsənov proqrama qonaq olub.

Proqramda Azərbaycan musiqisində önəmli yeri olan kamança alətindən bəhs edilib. İmamyar Həsənovun kamançada müşayiəti ilə Azərbaycan şairlərindən Mikayıl Müşfiqin, Əliağa Vahidin və Atəş İbrahimovun şeirləri, Azərbaycanın xalq mahnıları səsləndirilib.

Proqramın digər qonağı – Amerikada yaşayan rəqqasə Ləman Hendiriks “Sarı gəlin” və “Laçın” xalq mahnıları altında öz ifalarını təqdim edib.

Proqramda Azərbaycanın Qarabağ zəfərindən də bəhs edilib və “Xudayar təsnifi” ilə şəhidlərimiz anılıb.

Qeyd edək ki, Azərbaycan Diasporuna Dəstək Fondunun layihəsi ilə hər həftənin bazar günləriyayımlanan“Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı soydaşımız Səidə Ömərdir.

Mehparə Sultanova
Ankara