Ədəbiyyatşünas alim, tərcüməçi İlham Abbasın "Ədəbiyyat üzrə Nobel mükafatçıları" kitabının birinci cildi işıq üzü görüb.

"Ulduz" jurnalı və "Mücrü" nəşriyyatının ortaq layihəsi çərçivəsində nəşr olunan kitaba 1901-1939-cu illərdə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş yazıçıların həyat və yaradıcılığı haqqında oçerklər daxil edilib.

Kitabın naşiri Müşfiq Xan, redaktoru Qulu Ağsəsdir.

Qeyd edək ki, 10 dekabr 1901-ci ildə ilk Nobel mükafatları laureatlara təqdim edilib. Stokholmda İsveç Kralı tərəfindən fizika (Konrad Rentgen, Almaniya), kimya (Yakob Hendrik Van Qoff, Niderland), biologiya (Emel Adolf Berinq, Almaniya), ədəbiyyat üzrə (Fransua Arman Sülli-Prüdom, Fransa) mükafatları, Osloda isə Norveç Kralı tərəfindən Nobel sülh mükafatı (“Qızıl xaç” hərəkatının banisi Anri Jan Dünan (İsveçrə) və fransız Frederik Passi) təqdim olunub.