Amerikalı milyarder İlon Maskın “SpaceX” kosmik şirkəti “Starship” adlı yeni super ağır daşıyıcı raketin ilk sınaq uçuşunun 17-də gerçəkləşəcəyini bildirib.
Texasda start meydançasında quraşdırılmış “Starship” raketi Ay və Marsa uçuşlar üçün hazırlanır. Raketin birinci pilləsi (Super Heavy) 33 ədəd “Raptor 2” mühərriki ilə təchiz olunub, ikinci pilləsi yük və insanların daşınması üçün nəzərdə tutulan kosmik gəmidir (“Starship”).
İlk orbital buraxılış planı, raketin buraxılmasından qısa müddət keçdikdə pillələrin ayrılmasından sonra Super Heavy gücləndiricisinin Meksika körfəzində yumşaq bir şəkildə eniş edəcəyi, “Starship” gəmisinin isə orbitə çatacağı, sonra Yer atmosferinə girəcəyi, geri dönüşdə Sakit okeanda, Havay arxipelaqının şimalında suya düşəcəyi nəzərdə tutulur.
Sınaq plana uyğun keçərsə, “Starship” dünyanın ən böyük və ən güclü işləyən raketi olacaq və bu titulu ilk dəfə 2022-ci ilin noyabrında buraxılan ağır NASA SLS super güclü daşıyıcı raketdən alacaq.
Raketin ümumi hündürlüyü 120 metr (o cümlədən yük və insan daşıyıcı hissə 50 metr), diametri 9 metr, start çəkisi 5 min ton, faydalı yükqaldırması 150 tondur.