Aprelin 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzi və M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda viktorina keçirilib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunan tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, dahi siyasətçinin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışmada Suraxanı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarından ibarət 5 komanda yarışıb.

Azərbaycan kinosunun uğurlarını əks etdirən videoçarx nümayiş olunub.

Sonra milli kinomuzun tarixindən, inkişaf yolundan, Ümummilli liderin bu sahənin inkişafına diqqət və qayğısından danışılıb. Həmçinin milli kino tariximizin üzə çıxarılmasında, kino işçilərinin peşə bayramının (2 avqust) təsis olunmasında Ulu öndərin əvəzsiz xidmətlərindən rolundan bəhs edilib.

Suraxanı rayon MKS-nin komandası I yerə, “8 Mart” adına Mədəniyyət evinin komandası II yerə, M.Əliyev adına Mədəniyyət evinin komandası isə III yerə layiq görülərək diplomla təltif olunub.