Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan Qafqaz Albaniyası ilə bağlı kolleksiyalar əsasında film çəkilir. Sənədli film “Rusiya-Mədəniyyət” («Россия-Культура») dövlət telekanalının sifarişi ilə yeni layihə çərçivəsində ərsəyə gəlir. Bununla bağlı telekanalın heyəti Milli Azərbaycan Tarixi Muzeyində olub. Çəkiliş zamanı muzeyin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emin Məmmədov alban döyüşçüsünün silah-sursatları, Mingəçevir arxeoloji kompleksindən xristianlığa aid tapıntılar (VI əsrə aid məbədin daş paytaxtı, şamdan və alban yazıları olan qablar, xaçlar və digər artefaktlar) barədə məlumat verib.

Çəkiliş bitdikdən sonra filmin müəllifi və rejissoru Yevgeni Bezborodov muzeyin rəhbərliyinə öz minnətdarlığını bildirib.

Rusiyadan gəlmiş heyət milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini ziyarət edib.