Salyan Dövlət Kukla Teatrında "Kəloğlanın macəraları" tamaşasının premyerası keçirilib. Aprelin 8-də ilk nümayişi olan tamaşa Ağəddin Babayevin eyniadlı əsəri əsasında hazırlanıb.

Tamaşada uşaqlara kitabla dostluğun, təhsil, savad almağın faydasından bəhs olunur, nağıl qəhrəmanlarının dili ilə kitab oxumağın gözəl vərdiş olması aşılanır.

Birhissəli uşaq tamaşasına Salyan Dövlət Kukla Teatrının baş rejissoru Əməkdar artist Rafiq Mirzəyev quruluş verib. Səhnə əsərinin rəssamları Ceyhun Rüstəmbəyli və Gülay Abbaslı, rejissor assistenti Aynur Ağalarova, musiqi tərtibatçısı Elvin İsayevdir. Rolları Elşən İsmayıl, Xuraman Qədirova, Nahid Rüstəmbəyli, Röyal Qurbanov, Nərmin Hüseynli və Böyükağa Mehdizadə canlandırıb.