18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.

Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı aprelin 18-i saat 17:00-da Muzey Mərkəzinin sərgi qalereyasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar "Qobustan qayaüstü təsvirləri incəsənətdə" adlı sərgi keçiriləcək.

Sərgidə yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərinə müraciət etmiş ölkəmizin tanınmış və gənc sənətkarlarının rəngkarlıq, heykəltəraşlıq, keramika, qrafika, batika, xalça və dizayn sahələri üzrə əl işləri nümayiş olunacaq.