“BN Team Orchestra” simfonik orkestri türk seriallarının həvəskarları və musiqisevərlər maraqlı “layihə hazırlayıb. Mayın 23-də Heydər Əliyev Sarayında “Türk serialları dünyası” adlı konsert təqdim olunacaq.

“BN Team Orchestra” simfonik orkestri Qazaxıstanda müxtəlif janrlar üzrə ixtisaslaşan gənc və enerjili musiqiçi, aktyor və aktrisalardan ibarət yaradıcı və kreativ komandadır.

Orkestr “Muhteşem Yüzyıl”, “Kara Sevda”, “Erkenci Kuş”, “Sən çal kapımı”, “Çukur”, “Hercai”, “Min bir gecə" və sair türk seriallarının əsas saundtreklərini toplayıb. Tamaşaçılar sevimli seriallardan ən yaxşı parçaları böyük ekranda da görəcəklər.

Söhbət sadəcə serialları müşayiət edən musiqidən getmir. Bu musiqi ekran qəhrəmanlarının hiss və həyəcanını tamaşaçıya çatdırır, onu kino aləminə aparır və həmişəlik yadda qalır.