Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib.

“Poeziya xəzinəmiz” adlı tədbirdə əvvəlcə oxucular Ramiz Rövşənin yaradıcılığını əks etdirən videoçarxı izləyiblər. 

Sonra Xalq şairinin yaradıcılığı haqqında ətraflı məlumat verilib, poeziyasının ideya-bədii xüsusiyyətləri haqqında söz açılıb.

Qeyd olunub ki, şairin daxili aləmi, xisləti, düşüncələri, həyata, insanlara münasibəti onun yaradıcılığında, söz-əməl fəlsəfəsində səhifə-səhifə açılır.

Görüşdə şairin öz dilindən poeziya çələngi dinlənilib, fəal oxucuların ifasında bir sıra şeirləri səsləndirilib. Şair oxucuların suallarını cavablandırıb. Sonda xatirə şəkilləri çəkdirilib.