AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Özbəkistan alimləri ilə görüş olub.

İnstitutdan bildirilib ki, görüşdə Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universiteti Özbək dilinin tədrisi fakültəsinin dekanı professor Saodat Muhamedova, fakültənin müəllimi Zilola Hüsayinova və Azərbaycan Dövlət Pedaqoji Universiteti Müasir Azərbaycan dili kafedrasının müəllimləri iştirak ediblər.

Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli çıxış edərək iki ölkənin elm və təhsil ocaqları arasındakı əlaqələrin inkişafından məmnunluğunu bildirib, Azərbaycan və özbək dillərinə dair tədqiqatlardan danışıb.

Baş direktor bildirib ki, institutun Türk dilləri şöbəsinin aparıcı elmi işçiləri tərəfindən özbək dili ilə bağlı dissertasiyalar müdafiə olunub, kitablar yazılıb, danışıq kitabçası və lüğətlər çapa hazırlanıb.

Özbək alimləri də belə görüşlərin əhəmiyyətini qeyd edib, elm sahəsində əməkdaşlığa töhfə verəcəyinə əminliklərini bildiriblər.