M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında abonement konsertlər silsiləsindən Azərbaycan Dövlət Simli Kvartetinin konserti təşkil olunub.

Bəstəkar-musiqişünas Rüzgar Əhmədzadə ifa olunacaq əsərlər haqqında dinləyicilərə məlumat verib.

Konsertdə Azərbaycan Dövlət Simli Kvarteti ilə bərabər “Şəms-qəmər” xoru (bədii rəhbər və dirijor Leyla Zalıyeva) da çıxış edib.

Proqramda Musa Mirzəyevin “Kvartet”, Xəyyam Mirzəzadənin “Miniatürlər”, Rüzgar Əhmədzadənin xor və simli kvartet üçün “Rənglər” əsərləri, “Yaylıq” xalq mahnısı (işləməsi Rüzgar Əhmədzadənindir) səslənib.