Azərbaycan Turizm Bürosu 19-21 apreldə Qazaxıstanın Almatı şəhərində keçirilən “KITF-2023” turizm və səyahət sərgisində milli stendlə təmsil olunur.

Ümumilikdə 6 yerli turizm sənayesi nümayəndəsinin qatıldığı sərgidə Azərbaycanın  turizm imkanları təbliğ edilir, digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.

Sərginin ilk günündə Azərbaycana həsr edilən panel sessiyası da təşkil edilib. Sessiyada Qazaxıstandan Azərbaycana olan aviareyslər, yay mövsümündə təklif edilən turizm məhsulları, hotellər və ölkəmizdə fəaliyyət göstərən müalicəvi kurortlar haqqında məlumat verilib.

21-ci dəfə keçirilən “KITF-2023” sərgisində bu il 19 ölkədən turizm sənayesi nümayəndələri iştirak edir.