M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzi və MİHİ Şəki rayon komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Səni vəsf edirik, Ulu öndərim” mövzusunda baxış-müsabiqə başa çatıb.

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan, 3 nominasiya (rəqs, mahnı və bədii qiraət) üzrə keçirilən müsabiqə 14 klub müəssisəsinin bədii özfəaliyyət kollektivləri iştirak edib.

17-20 aprel tarixlərini əhatə edən müsabiqənin qalibləri mayın 10-da – Ulu öndər Heydər Əliyevin doğum günündə mükafatlandırılacaq.