Azərbaycanın işgüzar turizm imkanları 16-19 aprel tarixlərində İstanbulda keçirilən “M&I Forum” beynəlxalq tədbirində tanıdılıb.

Tədbirdə Azərbaycan Turizm Bürosu (ATB) və Bakı Konqres Mərkəzinin təmsilçiliyi ilə ölkəmizin işgüzar və biznes turizmi potensialını tanıtmaq üçün xarici tərəfdaşlarla B2B formatlı 50-dən çox görüş keçirilib, Azərbaycanın müasir işgüzar turizm infrastrukturu, irimiqyaslı biznes tədbirlərinə ev sahibliyi etməsi haqqında məlumat verilib.

Qeyd edək ki, ATB-nin ölkəmizdə işgüzar turizmi inkişaf etdirmək istiqamətində digər qurumlarla əməkdaşlığının nəticəsi olaraq Azərbaycan 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresi, Avropa Gənclər Parlamentinin 99-cu Sessiyası və Avropa Kranio Maksillo Üz Cərrahiyyəsi Assosiasiyasının Regional Konqresi, 2024-cü ildə isə Universitet Alimlərinin Liderlik Simpoziumu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırlaşır.

“M&I Forum”u dünya üzrə işgüzar turizm sahəsində beynəlxalq platforma rolunu oynayır.