Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinə məktəblilərin ekskursiyası təşkil olunub.

Yasamal rayon Heydər Əliyev Mərkəzində 153 və 38, Qaradağ rayon Heydər Əliyev Mərkəzində isə 288 və 180 nömrəli tam orta məktəblərin şagirdləri ekskursiyada olublar.

Ekskursiya zamanı məktəblilərə Ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər haqqında geniş məlumat verilib.

Qaradağ rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra məktəblilər “Şərikli çörək” bədii filmini izləyiblər.