Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərləri şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimlinin Qobustan rayonu Heydər Əliyev Mərkəzində (Qobustan şəhəri, Elyar Vəliyev küçəsi, 162) əsasən Qobustan, Şamaxı şəhərləri və Ağsu rayonundan olan sakinlərlə nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.

Nazirlikdən verilən məlumata görə, aprelin 28-nə planlaşdırılan qəbul may ayında keçiriləcək. Bununla bağlı əlavə məlumat veriləcək.