Türkiyənin İstanbul şəhərindəki “Mask-Kara” Teatrında “Teatr” (“Tiyatro”) qəzetinin təsis etdiyi “Beynəlxalq Anadolu Teatr Mükafatları”nın 8-ci təqdimat mərasimi keçirilib.

Türkiyənin populyar sənət qəzetinin TÜRKSOY ilə birgə təşkil etdiyi mərasimdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev də təltif olunub. O, TÜRKSOY-un “Beynəlxalq teatr mükafatı”na layiq görülüb.

Qeyd edək ki, bu il müxtəlif kateqoriyalar üzrə mükafatçılar siyahısında Türkiyənin 17 şəhər teatrının təmsilçisi var. Həmçinin Almaniya, Şimali Makedoniya, İtaliya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən sənətçilər də seçilənlər sırasında olublar.