Aprelin 27-də ADA Universitetində tələbələrə iş və karyera imkanları təklif edən sərgi keçirilib.

Sərginin məqsədi tələbə və məzunları bir araya toplamaqla birbaşa qurum nümayəndələri və İnsan kapitalının idarə olunması şöbəsi ilə əlaqələndirmək, onların bacarıqlarını inkişaf etdirməkdir.

Tələbələrə müxtəlif karyera imkanları, qısamüddətli təlimlər, könüllülük, eləcə də “Yay məktəbləri”ndə iştirak imkanı təklif edən, 130-a yaxın qurumun təmsil olunduğu sərgidə Mədəniyyət Nazirliyi də iştirak edib.

Bildirək ki, nazirlik gənclərə dəstək naminə bir çox universitetlərlə aktiv əməkdaşlıq edərək tələbələrə gələcək karyeraları üçün faydalı biliklər qazandırmaq, onların bacarıqlarını inkişaf etdirmək və real iş təcrübəsi qazanmalarında yaxından iştirak edir.

Karyera sərgisində tələbələr nazirliyin yeni yaradılmış “Mədəniyyət Könüllüləri” İctimai Birliyinə böyük maraq göstərib, qeydiyyatdan keçərək üzv olublar.