Azərbaycan Respublikasında elm və təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Urxan Kazım oğlu Ələkbərov “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev aprelin 27-də bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərovun 80 yaşı tamam olur.

Akademik Urxan Ələkbərovu yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edirik.