100 ölkədən azarkeşlər gəlib...

 

28-30 aprel tarixlərində Bakıda növbəti Formula 1 yarışları keçiriləcək. Azərbaycan paytaxtı yeddinci dəfə dünyanın ən həyəcanverici və populyar avtoidman yarışına ev sahibliyi edir.

Bu dəfə yarışı rekord sayda – dünyanın 100-dən çox ölkəsindən azarkeşlər izləyəcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) məlumatına görə, “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən 2023 Formula 1 Azərbaycan Qran-prisinin 12 tribunasının bütün biletləri satılıb.

Azərbaycan Qran-prisi bu il həm trekdə, həm də trekdən kənarda azarkeşlərə coşqu və əyləncə vəd edir. Onlar üç gün davam edəcək möhtəşəm mübarizə, yüksək rəqabət şəraitində keçəcək yarışdan sonra Dənizkənarı bulvardakı böyük səhnədə DJ Don Diablo və DJ Hardwell konsertlərindən də zövq alacaqlar.

Formula 1 Azərbaycan Qran-prisinin cədvəli isə belədir: 28 aprel – birinci məşq (13:30-14:30); təsnifat (17:00-18:00); 29 aprel – ikinci məşq (13:30-14:30) və ya sprint üçün təsnifat; sprint (15:30); 30 aprel – yürüş (15:00).