Milli Azərbaycan Tarixi Muzeyində “Heydər Əliyev – Azərbaycan muzeylərinin himayədarı” adlı silsilə interaktiv dərslərə başlanılıb.

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan layihə üzrə ilk dərsdə paytaxtın Xəzər rayonundakı 262 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Dərsin birinci hissəsində Ümummilli liderin Azərbaycan muzeylərinin inkişafındakı rolu haqqında muzeyin fond materialları əsasında hazırlanmış fotoslayd vasitəsilə şagirdlərə məlumat verilib.

Sonra məktəblilər gipsdən hazırlanmış fiqur üzərində simvolik suvenirin rənglənməsi qaydasını öyrəniblər və müxtəlif intellektual oyunlarda iştirak ediblər. Sonda Hacı Zeynalabdin Tağıyevin Ev-Muzeyinə ekskursiya təşkil olunub.