AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun (Musayev) "Azərbaycan mühacirət irsi: nəsr və ədəbiyyatşünaslıq" monoqrafiyası çapdan çıxıb.
İnstitutun Elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçiləri filologiya elmləri doktorları Abid Tahirli və Ataəmi Mirzəyevdir.
Giriş, "Azərbaycan mühacirət nəsri: təşəkkülü, inkişaf istiqamətləri", "Azərbaycan mühacirət ədəbiyyatşünaslığı" adlı fəsillərdən və nəticədən ibarət nəşr ədəbi-elmi ictimaiyyət, ali məktəblərin tələbələri və magistrlər, habelə mövzuya maraq göstərən oxucu auditoriyası üçün nəzərdə tutulub.
Müəllif mühacirət irsinin ideya, mövzu, mündəricə, dil, üslub, sənətkarlıq xüsusiyyətlərini və yazarların çətin həyat yolunu tutarlı arqumentlərlə təhlil edib.