Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Beynəlxalq Rəqs Gününə (29 aprel) həsr olunmuş konsert təşkil edilib.

Baş İdarədən verilən məlumata görə, tədbirdə mədəni sərvətimiz olan rəqslərimizin tarixindən, bu sənətin sehrindən söhbət açılıb. Bildirilib ki, Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü qeyd olunur. Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.

Mədəniyyət sarayında fəaliyyət göstərən “Lalələr” rəqs ansamblının, “Azad” rəqs qrupunun və “Salsa” kursunun üzvləri maraqlı rəqs nömrələri ilə çıxış ediblər.