Muzey Mərkəzinin sərgi qalereyasında tanınmış rəssam Əbülfəz Fərəcoğlunun "Qaçış nöqtəsi” fərdi sərgisi keçiriləcək.

12-16 may tarixlərində əhatə edəcək sərginin ekspozisiyasında rəssamın 16 qrafik və 91 rəsm əsəri nümayiş olunacaq.

Fırça ustasının 40 ili əhatə edən yaradıcılığında rəngkarlıq və qrafika əsərlərinin estetikası ilk növbədə müəllifin yenilənməyə meyilli olmasından xəbər verir.

Əbülfəz Fərəc oğlu Cabbarov 1956-cı ildə Naxçıvan şəhərində anadan olub. 1977-1981-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb. 1981-1994-cü illərdə Naxçıvan şəhər Uşaq incəsənət məktəbində müəllim işləyib. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2005-ci ildə Beynəlxalq Plastik Sənətlər Birliyinin üzvüdür.

Əbülfəz Fərəcoğlu 1997-ci ildən 2020-ci ilə kimi Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olub. Ölkəmizdə və xaricdə fərdi sərgiləri keçirilib. Bundan əlavə, əsərləri ABŞ, Yaponiya, Danimarka, Almaniya, Bolqarıstan, Fransa, Polşa, Rusiya, Ukrayna, Türkiyə, İtaliya, Belçika, İngiltərə, Avstraliya və Çində keçirilən qrup sərgilərində nümayiş olunub.