Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində bəstəkar Lalə Şirinin 44 günlük Vətən müharibəsi qəhrəmanlarına həsr etdiyi “Qəhrəmanlıq elegiyası” klipinin təqdimatı keçirilib.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazi və ictimai fəalların iştirak etdiyi tədbirdə yaradıcılığında vətənpərvərlik mövzulu mahnılara xüsusi yer verən sənətçinin musiqi əsərləri barədə məlumat verilib. Sonra klip nümayiş olunub.

Tədbir iştirakçıları ekran işini göz yaşları və alqışlarla qarşılayıb.

44 günlük Vətən müharibəsi, şanlı Zəfərimizlə tarix yazan qəhrəmanlara həsr olunmuş klipin müəllifi Lalə Şirin, rejissor və montajçı Teymur Bayramov, rejissor köməkçisi Gülnar Seyidli, operatoru Rüfət Yaqubovdur.