F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə virtual sərgi və daycest, həmçinin “Nəciblik və paklıq timsalı – Zərifə xanım Əliyeva” adlı metodik vəsaiti virtual rejimdə istifadəçilərə təqdim edilib.

Virtual sərgidə Zərifə Əliyeva haqqında 30-dək kitabın (Azərbaycan, rus, ingilis dillərində) tam mətni verilib.

Metodik vəsaitin birinci hissəsi Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edir. İkinci hissədə isə kitabxanalara metodik köməklik məqsədilə görkəmli alimin yubileyi ilə bağlı tədbirlərin planı verilib.

***

Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən 3 may – Beynəlxalq Günəş Günü münasibətilə “Qoy həmişə günəş olsun!” adlı metodik vəsait də virtual rejimdə istifadəçilərə təqdim edilib. Metodik vəsaitdə bildirilir ki, 1978-ci ildə ABŞ Prezidenti Cimmi Karterin təşəbbüsü ilə təsis edilən günün məqsədi ekoloji cəhətdən daha təmiz resurs hesab olunan günəş enerjisindən istifadənin təşviqidir.

Metodik vəsaitlərlə kitabxananın saytında müvafiq bölmədə (biblioqrafik xidmət) tanış olmaq olar.