Bakı Xoreoqrafiya Akademiyasının (BXA) elm və yaradıcılıq işləri üzrə prorektoru Həbibə Məmmədova Türkiyənin Yunus Əmrə İnstitutu Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıçla görüşüb.

Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində keçirilən görüşdə iki qurum arasında mədəniyyət sahəsində uzunmüddətli əməkdaşlıq, müştərək layihələrin həyata keçirilməsi, eləcə də yaradıcı birliklər daxil olmaqla ictimai təşkilatların xətti ilə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı əməkdaşlıqla bağlı görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

L.Azəri