Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Mən azərbaycanlıyam” adlı ədəbi-musiqili tədbir keçirilib.
Muzeyin Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, doğma Vətən və xalq qarşısında əvəzsiz tarixi xidmətlərindən danışıb.
Sonra məktəblilər və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid, S.Vurğun, M.Şəhriyar, M.Dilbazi və başqa şairlər və yazıçıların yaradıcılığından nümunələr qiraət ediblər.