Lənkəran teatrında yeni monotamaşa hazırlanır


Lənkəran Dövlət Dram Teatrında “Mən bir toz dənəsiyəm” adlı monotamaşa hazırlanır.

Yazıçı Təranə Vahidin eyniadlı hekayəsi əsasında səhnələşdirilən tamaşaya Emil Əskərov quruluş verir.

İlkin məşqlərinə başlanan tamaşa mayın sonlarında təqdim olunması gözlənilir.

Təsvir olunan hekayət insanın dəyişilmə, bir aləmdən başqa bir aləmə "köçürülmə" prosesini əks etdirir və bu da həmin prosesin mahiyyətini psixoloji baxımdan açıqlamağa cəhddir. İnsan bütün ömrü boyu bu xəyallara düşə bilər və təbii ki, canlı həyatda insanın toza çevrilməsi mümkün deyil. Amma sənət buna qadirdir.

Hekayənin ədəbi qəhrəmanı dünyanın işlərindən, pisliklərdən, hər tərəfi bürümüş “hörümçək toru”ndan qurtulmaq üçün toza çevrilmək istəyir və buna nail olur.
Səhnə əsəri teatrın aparıcı aktrisası Aynur Əhmədovanın ifasında təqdim olunacaq.